İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Azərbaycana qarşı iyrənc kampaniya: “Soros”un uşaqları hücuma keçib- SENSASİYA

Bəzi ukraynalıların Azərbaycanın dövlət şirkəti SOCAR-ın yanacaqdoldurma məntəqələrini boykot çağırışı çaşqınlıq doğurur. Sosial şəbəkələrdə fəallar ukraynalıları Azərbaycanın Rusiya ilə əməkdaşlığına görə SOCAR yanacaqdoldurma məntəqələrindən istifadəni dayandırmağa çağırıblar. Rəsmi Kiyev isə bütün onlanları kənardan izləyir...

Maraqlısı isə budur ki, Azərbaycanı Rusiya ilə əməkdaşlıqda qınayan Ukraynanın özü rus qazının Avropaya tranzitini həyata keçirir və rəsmi Kiyev bundan milyonlar qazanır. Deməli, Bakıya qarşı bu cür qınaqlar yersiz və lazımsızdır. 

Üstəlik Azərbaycanın torpaqlarının 30 il işğal altında qaldığı dövrdə Ukraynanın Ermənistanla əməkdaşlığı dayandırdığına dair heç bir fəaliyyət görülmədi. 

44 günlük Vətən müharibəsində Azərbaycan Ukraynadan heç bir dəstək görmədiyi halda, bu ölkənin Rusiya ilə müharibəsində etdiyi yardımları isə xatırlatmaq yerinə düşər.

SOCAR Energy Ukraine сделала заявление о работе в условиях военных действий

“SOCAR Energy Ukraine” müharibə başlayandan bəri təcili yardım maşınları və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti üçün pulsuz olaraq 200 min litrdən çox yanacaq verib. Bundan əlavə, Azərbaycan dərman və ərzaq da daxil olmaqla 2 min tondan çox humanitar yardım göndərib.

Azərbaycanın dəstəyinə Ukraynanın elektrik şəbəkəsinin bərpasına kömək edən 50 ehtiyat elektrik stansiyası və 45 güc transformatoru da daxil olmaqla, xeyli miqdarda elektrik avadanlıqları da daxil idi.

Həmçinin ümumi dəyəri 2023-cü ildə 7,6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının daha bir partiyası göndərilib.

Bundan əlavə, Azərbaycan Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin partlayışının nəticələrinin aradan qaldırılmasında fəal iştirak edib, texnogen fəlakətin nəticələrinin aradan qaldırılması üçün 20 ton yanacaq və avadanlıq verib. Ölkə ərazilərin minalardan təmizlənməsi təşəbbüslərinə də qoşulub. Humanitar yardım çərçivəsində müharibədən əziyyət çəkən və ailə üzvlərini itirmiş 150-dən çox ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya üçün Azərbaycana gətirilib.

İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan dağıdılmış liseyin bərpası Azərbaycanın Ukraynaya yardıma verdiyi mühüm töhfənin bir daha sübutudur.

Bu cür dəstəyin qarşılığında SOCAR-ı boykot etmək çağırışları sadəcə, təəssüf doğurur və Ukrayna vətəndaşlarını mühüm resurslara çıxışdan məhrum etməklə yalnız zərər verə bilər.

Ukrayna müstəvisində Üçüncü Dünya müharibəsi gedir-Azad Məsiyev |  Informator informasiya portalı

Politoloq Azad Məsiyev Musavat.com-a açıqlamasında dedi ki, Rusiya-Ukrayna müharibəsi regionda geosiyasətə və iqtisadi sahələrə ciddi təsir edir:

“Buna baxmayaraq, Azərbaycan bu münaqişədə tərəf deyil, balanslaşdırılmış mövqe tutur.  Həm Rusiya, həm də Ukrayna ilə siyasi və iqtisadi əməkdaşlığını genişləndirir və bunda maraqlıdır. Bildiyiniz kimi Azərbaycan Ukraynaya müntəzəm şəkildə yardımlar edir.  Və Ukraynanın ərazi bütövlüyünü tanıyır.  Eyni zamanda münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün çağırışlar da edir. Təbiidir ki, Ukrayna başda ABŞ olmaqla Qərbin əlində bir alətə çevrilib. Ukraynada “Sorosçular” kök salıb.  Zelenski Ukrayna xalqının maraqlarına yox, Qərbin, başda ABŞ-nin maraqlarına uyğun davranır.

Azərbaycan öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq qonşularla dinc yaşama prinsipinə əməl edir.  Xüsusilə də Rusiya ilə əməkdaşlıqda bunu prioritet hesab edir”.

Politoloq bildirdi ki, Putinin Azərbaycana dövlət səfəri iki dövlət arasında münasibətlərin inkişafına və tərəqqisinə hesablanıb:

“Azərbaycan Rusiya ilə siyasi və iqtisadi münasibətləri genişləndirməkdədir. Bu,  Azərbaycanın milli və dövlət maraqlarına uyğundur. Yəni iki dövlət arasında əməkdaşlıq üçüncünün əleyhinə hesablanmır. Təəssüflər olsun ki, Ukraynada fəaliyyət göstərən “sorosçular” bu məsələyə qısqanclıqla yanaşır.  Daha doğrusu ABŞ-dən gələn təlimat əsasında Ukraynadan gələn ictimai-siyasi xadimlər Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər.

Azərbaycan Rusiya ilə enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyir.  Ukraynada olan “sorosçular” bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər.  Ona görə ki, ABŞ Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq istəyir.  Ümumilikdə isə Azərbaycan üzərinə oyunçularını salır. Fransa və Kanada kimi dövlətləri Azərbaycan əleyhinə istifadə edir. İndi isə əlaltıları vasitəsi ilə Ukraynadan da ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Hesab edirəm ki, bu cür davranış Ukrayna xalqının maraqlarına uyğun deyil.  “Sorosçular” ümumilikdə Ukraynanı bu prosesdə alət kimi istifadə edir.  Azərbaycan balanslı siyasət yürüdür və öz milli maraqlarını nəzərə alır. Biz qonşularla dinc yaşama prinsipinə əməl edirik”. 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR