İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Avropaya gələn qaçqınların sayı...

Fevralın 24-dən hərbi əməliyyatın başlanmasından dekabrın 6-dək Ukraynadan Avropaya ümumilikdə 7 863 339 qaçqın gəlib.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir.

Məlumata görə, ən çox ukraynalı qaçqını Rusiya qəbul edib - 2 852 395. Sonrakı yerlərdə Polşa (1 544 074), Almaniya (1 021 667), Çexiya(472 473), İtaliya (173 231), İspaniya (158 789), Bolqarıstan (148 451), Böyük Britaniya (150 600), Fransa (118 994) və Slovakiya (104 140) yer alıb.

Ümumilikdə, fevralın 24-dən indiyədək Ukraynadan qonşu ölkələrə 16 595 007 nəfər gəlib. Eyni zamanda 8 711 412 nəfər sərhədi əks istiqamətdə keçib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR