İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadakı azərbaycanlı jurnalist ölümdən döndü - VİDEO

Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov çəkilişə gedən zaman ölüm təhlükəsi ilə üzləşib.

Bu barədə “Salam, Baku” verilişində jurnalistin özü məlumat verib.

O bildirib ki, Xarkov vilayətinin Vovçansk rayonunun işğaldan azad olunmuş kəndlərindən birində çəkilişə gedərkən minalanmış ərazidən keçib.

“Həmin ərazilərdə həm işğal zamanı Rusiya ordusunun, həm də qarşı tərəfin hücumlarının qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrinin yerləşdirdiyi minalar var. Mən isə səhvən hərbçilərin dediyi yolla deyil, minalanmış ərazidən getmişəm. Qayıdanda mənə dedilər ki, keçdiyin ərazidə 10 mina düzülüb, sən onların arasından getmisən”, - deyə M. Aslanov qeyd edib.

Ətraflı videonu təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR