İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada SES-in partladılma anı - fəlakətin miqyası böyüyür, Krım susuz qala bilər - VİDEO

Rusiya qoşunlarının Kaxovskaya SES bəndini partlatması nəticəsində yaranan fəlakətin miqyası getdikcə böyüyür.

Musavat.com Ukrayna telegram kanallarına istinadən xəbər verir ki, bəndin partladılması nəticəsində Xerson da daxil olmaqla, 80-dən çox yaşayış məntəqəsi sürətli daşqın zonasında qala bilər. Bu barədə ölkənin baş naziri bildirib. O, həmçinin qeyd edib ki, bu Ukraynanın cənubunda ekoloji fəlakətə səbəb ola bilər.

Ekspertlər düşünür ki, bəndin dağıdılması yaxın illər üçün Krıma su vermək imkanını da istisna edəcək. Ehtimala görə, Zaporojye Atom Elektrik Stansiyasını soyutma üçün su təminatında da problem yarana bilər.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski təcili iclas çağırıb. Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov məlumat yayıb ki, V. Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasının keçirilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, partlayışla əlaqədar Ukrayna Baş Prokurorluğunda cinayət işi açılıb,ekosid, müharibə qaydalarının pozulması faktları üzrə ittiham irəli sürülüb.

@@TVmusavat/62775@@

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR