İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada müharibə illərlə davam edəcək-Pentaqonun son planı bunu göstərir


Pentaqon artıq bundan sonra silah tədarüklərinə deyil, Ukraynaya göndərilmiş hərbi texnikanın təmirinə diqqət yetirəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Sayt analitiklərinin fikrincə, bu, müharibənin illərlə davam edəcəyinə işarədir.

Qərb müttəfiqlərinin bundan sonra Ukraynaya verilmiş silahların təmiri və əlavə hissələrlə yardıma diqqət edəcəyi faktı ABŞ müdafiə nazirinin tədarük və təchizat üzrə müavini Uilyam Laplante tərəfindən də təsdiqlənib.

Uilyam Laplante Ukrayna Silahlı Qüvvələrinin təchiz olunması ilə məşğul olan, ABŞ, Britaniya və Polşanın rəhbərlik etdiyi 22 ölkədən ibarət işçi qrupuna rəhbərlik edir. ABŞ rəsmisinin sözlərinə görə, qrup Ukraynanın silahla təmin olunması üçün qurulan 4000-dən çox təchizat xəttinə nəzarət edən xüsusi xidmət yaradıb.

Lakin bununla bərabər, yeni silahların tədarükü davam edir. Məsələn, bir gün əvvəl ABŞ Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR