Onlayn ictimai-siyasi qəzet
Ukraynada "hərbi əməliyyat" başa çatdıqdan sonra Quranın yandırıldığı dövlətlərlə "məşğul olmaq" lazım gələcək.
Musavat.com Axar.az-a istinadən bildirir ki, bu sözləri Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.
"Bu gün bütün müsəlman dünyası görünməmiş bir problemlə üz-üzədir. Qərb ölkələrində Qurani-Kərimin yandırılması istiqamətində davam edən aksiyalar vəziyyəti dönüşü olmayan həddə çatdırır. İslam dövlətlərinin rəhbərlərini oyanmağa və dinimizi istənilən cinayətkar təcavüzdən qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıram. Əks halda, çox gec olacaq", - Çeçenistan rəhbəri bildirib.
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ