İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada Kiyevin müdafiəsi ilə bağlı kəşfiyyat məlumatlarını ötürən Rusiya agenti saxlanılıb

“Ukraynada Kiyevin müdafiəsi ilə bağlı kəşfiyyat məlumatlarını düşmənə ötürən, sonra isə Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin sıralarına qoşulan Rusiya agenti saxlanılıb”.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Saxlanılan şəxs dövlətə xəyanətdə ittiham olunur.

"Paytaxt sakini olan həmin şəxs genişmiqyaslı hücumun ilk vaxtlarında şəhərdə müdafiə qüvvələrinin yerləri barədə düşmən üçün məlumat toplayıb", - məlumatda deyilir.

"Sonradan o, məsuliyyətdən yayınmağa çalışaraq, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka istiqamətində döyüşən bölmələrindən birinin sıralarına səfərbər olunub", - bəyanatda bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR