İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada əhalinin 60 faizi evlərini tərk etməyib –SORĞU

Ukraynada əhalinin təxminən 60 faizi müharibəyə baxmayaraq evlərində qalıb.

Ukrinformun məlumatına görə, bunu “Gradus Research” tədqiqat şirkətinin apardığı sorğunun nəticələri sübut edir.

Sorğuya görə, digər ukraynalılar hərbi əməliyyatlar başlayanda ölkəni tərk etmək məcburiyyətində qalıblar, lakin onların yarısı artıq evlərinə qayıdıb.

Sosioloqlar qeyd edir ki, respondentlər evakuasiya variantını son çarə kimi kritik və çətin addım kimi qiymətləndirirlər. Bu gün evdə yaşayan respondentlərin əksəriyyəti getməyə hazır deyil.

Sorğu 18-60 yaşlı 50 000-dən çox əhalisi olan şəhərlərin əhalisi arasında keçirilib. Sorğuda 2000 respondent iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR