İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada 32 milyon ton taxıl dünya bazarına çıxarılmağını gözləyir

Rusiyanın Taxıl dəhlizinin işinə yaratdığı maneə 32 milyon ton taxılın Ukraynada yığılıb qalmasına səbəb olub.

Musavat.com bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldəki görüşünə gələrkən jurnalistlərə məlumat verib.

Nazirin sözlərinə görə, 32 milyon ton taxılın qlobal bazara yolunu bağlamaq milyonlarla insanı aclığa məhkum etməkdir:

“Buna görə də biz həmkarlarımızla birlikdə Ukraynadan taxılın ixracının sürətləndirilməsi üzərində işləri gücləndiririk. Berbok onu da qeyd edib ki, Avropa İttifaqı Qara dəniz təşəbbüsü ilə yanaşı Ukraynadan digər yollarla taxıl daşınması mexanizmini işə salıb: “İndi biz bu işi daha sürətlə yerinə yetirəcəyik”.

Almaniyalı nazir görüşdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinkenin də iştirak edəcəyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR