İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna yığmasının MMA döyüşçüsü müharibədə həlak olub

Ukraynanın məşhur MMA döyüşçüsü Yeqor Birkun Mariupol şəhərinin müdafiəsi zamanı öldürülüb.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Qarışıq Döyüş Sənəti Federasiyasının rəsmi feysbuk səhifəsində bildirilir.

Birkun martın 23-də "Azov" alayının tərkibində döyüş tapşırığını yerinə yetirdiyi vaxt həlak olub. Həmin gün o, Ukrayna millisinin heyətində dünya çempionatında çıxış etməli idi. Lakin Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar idmançının planlarında dəyişiklik baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR