İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna yeni “qaçqın sunamisi” barədə xəbərdarlıq edib

Rusiya mülki obyektlərə hava zərbəsini davam etdirəcəyi təqdirdə yeni “qaçqın sunamisi” yaranacaq.

APA-nın xəbərinə görə, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

“Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsdahibəsində hökumət başçısı bildirib ki, elektrik, qaz və su olmasa yeni “miqrasiya sunamisi”nin yaranması qaçınılmaz olacaq.

Baş nazir qeyd edib ki, elektrik olmayacağı təqdirdə insanlar donub öləcək və Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük humanitar böhran yaşanacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR