Onlayn ictimai-siyasi qəzet
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XQQ) Kursk vilayətində Rusiya ordusunun general-leytenantı Esedulla Abaçevi ağır yaralayıb. "Report"un məlumatına görə, bu barədə qurum sosial şəbəkələrdə məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Esedulla Abaçev XQQ-nin xüsusi əməliyyatı nəticəsində ağır yaralanıb. Rusiya Silahlı Qüvvələrinin "Şimal" qoşun qruplaşmasının komandan müavininin avtomobilinin atəşlə vurulmasını Xüsusi Əməliyyat Qüvvələrinin UA_REG TEAM bölməsi həyata keçirib. Bu, avqustun 17-si gecə Kursk vilayətinin Rılsk şəhərindən 5 kilometr məsafədə baş verib", - məlumatda qeyd olunur.
XQQ-nin məlumatına görə, yaralanma nəticəsində generalın əli və ayağı amputasiya edilib. O, təcili olaraq təyyarə ilə Moskvaya çatdırılıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Bryansk vilayətində Ukraynanın xüsusi təyinatlı qüvvələrinə məxsus üç döyüşçünün əsir götürüldüyünü açıqlayıb. Məlumata görə, onlar nəqliyyat infrastrukturuna qarşı diversiya hazırlayırmış. Əməliyyat zamanı daha üç nəfər öldürülüb.
Dövlət telekanalı RT saxlanılanların meşəlik ərazidə dindirilməsi görüntülərini yayıb. Videoda üç nəfər adlarını və doğum tarixlərini səsləndirərək, Kropıvnıtski (keçmiş Kirovoqrad) şəhərində dislokasiya olunan Ukrayna Silahlı Qüvvələrinin 3-cü xüsusi təyinatlı alayında xidmət etdiklərini bildirirlər.
Kadrlarda saxlanılanlardan birinin yaralı olduğu, eləcə də öldürülən şəxslərin cəsədlərinin yer aldığı görünür. Hazırda onların şəxsiyyəti müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
FSB bildirib ki, əsir götürülənlər barəsində bir sıra cinayət işləri açılıb – diversiyaya hazırlıq, qanunsuz silah dövriyyəsi və hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsd ittihamları irəli sürülüb.
Qeyd edək ki, beynəlxalq humanitar hüquqa görə, hərbi əsirlər döyüş əməliyyatlarında iştiraka görə cinayət məsuliyyətinə cəlb edilə bilməz.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ