Onlayn ictimai-siyasi qəzet
Madaqaskarda prezident Andri Rajoelinanın istefası tələbi ilə kütləvi etirazlar bir neçə gündür ki, davam edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Gen Z Madaqaskar” hərəkatının təşkil etdiyi etirazlar elektrik və su kəsilməsi fonunda başlayıb.
Xəbər agentliklərinin məlumatına görə, iğtişaşlara Madaqaskarın paytaxtında etiraz aksiyası keçirən yerli məmurların həbsi səbəb olub. Qarşıdurmalarda 22 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.
2009-cu ildə çevrilişdən sonra hakimiyyətə gələn prezident Rajoelina nümayişlər başlayandan sonra hökuməti buraxıb, lakin bu, etirazçılar üçün kifayət etməyib. Gənc etirazçılar prezidentin istefasını və antikorrupsiya islahatları tələb edirlər.
Hücumlar və quldurluqlar səbəbindən ölkədə komendant saatı tətbiq edilib. Etirazçıları dağıtmaq üçün təhlükəsizlik qüvvələri rezin güllələrdən, gözyaşardıcı qazdan və səs-küylü qumbaralardan istifadə edib.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ