İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Avropadan üzr gözləyir

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, gürcü cəmiyyəti Avropa İttifaqından (Aİ) tənqid deyil, hakimiyyətin devrilməsinə cəhdə verdiyi dəstəyə görə üzr gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə gürcü spiker feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze şənbə günü Tiflisdəki iğtişaşlara görə məsuliyyətin Aİ səfirinin üzərində olduğunu bəyan edib. Onun fikrincə, Avropa İttifaqının nümayəndələri ölkədə konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdləri dəstəkləyiblər.

Buna cavab olaraq Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bazar günü birgə bəyanat yayaraq Avropa İttifaqının Gürcüstandakı bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırdığını bəyan ediblər. Diplomatlar həmçinin vurğulayıblar ki, Avropa İttifaqı Gürcüstandakı roluna dair “dezinformasiyaları” və Aİ səfirinə qarşı şəxsi hücumları qətiyyətlə rədd edir və pisləyir.

Cavab olaraq Papuaşvili özünün feysbuk səhifəsində bunları yazıb:

“Əgər düzgün başa düşdümsə, xanım Kallas və xanım Kos onların mətbuat katibinin hökumətin devrilməsi məqsədi ilə təşkil etdiyi yığıncağa verdiyi dəstəyə görə üzr istəmirlər. Həmin hadisə zamanı Gürcüstan Prezident Sarayına hücum nəticəsində 25 polis əməkdaşı xəsarət alıb. Gürcü cəmiyyəti bu gün məhz buna görə Avropa İttifaqından üzr gözləyir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR