İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna xarici ölkələrdən kömək istəyib - FOTO

Bu gün səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna silah tədarükü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Musavat.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko silah tədarükünü artırmağı xahiş edib.

"Zəhmət olmasa onlayn olaraq öldürülməyimizi izləməyin. Bu şou deyil. Bu bizim həyatımızdır, milyonlarla həyatdır", - deyə Qerraşenko tvitterdə yazıb. 

Anton Qeraşşenko müraciətində dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri xahiş edib:

"Zəhmət olmasa qalib gəlməyimizə kömək edin. Bizə sağ qalmağa kömək edin. Gecikmələr insan ölümünə səbəb olur".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR