İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Volqoqrada HÜCUM ETDİ

Ukrayna Silahlı Qüvvələri Volqoqrad vilayətinin Kalaç-na-Don şəhəri yaxınlığındakı aerodroma pilotsuz təyyarələrlə hücum edib. Hücumdan sonra ərazidə yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumatı yayıb. 

Söhbət Kalaç-na-Dondan təxminən 20 km aralıda, Oktyabrski kəndində yerləşən “Marinovka” hərbi aerodromundan gedir. Sosial şəbəkə istifadəçiləri bu aerodromun hücumun hədəfi ola biləcəyini ehtimal edirlər.

Qeyd olunub ki, təxminən saat 3:30-da yerli sakinlər ərazidə 12-yə qədər partlayış səsi eşidiblər.

Ən azı iki PUA-nın vurulduğu iddia edilir.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Məlumata görə, PUA-lar Rostov və Voronej vilayətlərinə də hücum edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR