İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Rusiya həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini aparıblar

Ukrayna və Rusiya Zaporojye vilayətində həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini aparıblar. Ukraynanın 46 müdafiəçisinin cəsədləri qaytarılıb.

AZƏRTAC bu barədə Ukraynanın Müvəqqəti İşğal edilmiş Ərazilərin Reinteqrasiyası Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumatda deyilir: “Zaporojye vilayətində həlak olmuş Ukraynalı hərbçilərin cəsədlərinin qaytarılması üzrə növbəti əməliyyat təşkil olundu. Ukrayna 46 qəhrəman müdafiəçinin meyitinin layiqincə dəfn edilməsi üçün geri qaytardı. Onlardan 21-i “Azovstal”ın müdafiəçisi idi”.

Xatırladaq ki, Ukrayna ilə RF arasında meyitlərin bundan əvvəlki mübadiləsi iyunun 21-də həyata keçirilmişdi. Həmin mübadilədə Ukrayna tərəfinə 35 hərbçinin meyiti qaytarılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR