İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Polşa hərbçiləri "Vaqner"ə görə toplantı keçiriblər

Ukrayna və Polşa hərbi komandanlığı "Vaqner" özıl hərbi şirkətinin muzdlularının Belarus ərazisində olması ilə bağlı iclas keçirib.

Musavat.com xəbər verir ki, bu barədə BRIEF Telegram kanalı məlumat yayıb.

“Ukrayna və Polşa komandanlığı Belarusda "Vaqner" qrupu ilə bağlı görüş keçirib. Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı Serxi Nayev Polşanın əməliyyat komandanlığının rəhbəri Tomaş Piotrovski ilə görüşüb”, - TG kanalında çıxan nəşrdə deyilir.

Daha əvvəl xəbər verildiyi kimi, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder Pentaqonun "Vaqner"dən Polşa üçün heç bir risk görmədiyi barədə açıqlama verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR