İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün PİS XƏBƏR - Almaniya "çarəsiz vəziyyətdə" qaldı

Ukrayna Qərbdən gələn silahların köməyi ilə Rusiyaya qarşı müqavimətini davam etdirir. Ukraynanın gözlədiyi Almaniya istehsalı olan tanklarla bağlı yeni açıqlama gəlib. Almaniyada əsas müxalifət olan CDU/CSU, həmçinin hökumət tərəfdaşları FDP, Yaşıllar və ictimaiyyətin böyük bir hissəsi vaxt itirmədən Ukraynaya "Leopard 2" tipli alman tanklarını göndərmək üçün kansler Olaf Şolza təzyiqi artırır.

Musavat.com xəbər verir ki, Almaniya kansleri təzyiqlərə boyun əyib bu silahları Kiyevə göndərmək qərarına gəlsə belə, bu silahların 2024-cü ildən əvvəl Ukraynaya çatması mümkün görünmür.

“Leopard 2” tanklarının istehsal edildiyi müdafiə sənayesi şirkəti Rheinmetall-ın İdarə Heyətinin sədri Armin Pappergerin sözlərinə görə, hətta sabah Ukraynaya tankların göndərilməsinə qərar verilsə belə, bu, ancaq gələn ilin əvvəlində mümkün olacaq.

Yerli mətbuata danışan Papperger hazırda əllərində 22 ədəd "Leopard 2" və 88 ədəd "Leopard 1" tipli tankların olduğunu vurğulayıb:

“Bizə sifariş gəlmədən bu tankları istifadəyə yararlı hala gətirməkdən söhbət gedə bilməz. Çünki milyonlarla avroya başa gəlir. Biz isə özümüz bunu əvvəlcədən maliyyələşdirə bilmərik. Tanklar təkcə rənglənməyəcək, həm də döyüşə hazır olmaq üçün texniki cəhətdən təchiz olunacaqlar. Bunun üçün bütün hissələri bir-bir əsaslı təmir etmək lazımdır. Bu da vaxt aparır”.

Pappergerin sözləri qısa zamanda gündəmə gəlib və 1 ilin müharibə üçün çox uzun müddət olduğunu vurğulayan bəzi tənqidçilər bu vəziyyəti “çarəsiz qalmaq” kimi şərh ediblər.

Digər tərəfdən, “Rossiya 1” dövlət televiziyasına danışan Rusiya lideri Putin Soledardan sonra qoşunların yeni nailiyyətlərə imza atacağını bildirib. Müharibənin ümumi gedişatını şərh edən Putin "Vəziyyət müsbətdir" deyib və müharibədə hər şeyin plan üzrə getdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR