İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna torpaqları Putinin dostları arasında bölüşdürülür

Ukraynanın işğal olunmuş ərazilərində yüz milyonlarla pul Vladimir Putinin dostlarının şirkətləri, eləcə də “xaç atası” Medvedçukun ətrafı tərəfindən qazanılır. Onlar bölgəyə malları bazar qiymətlərindən çox vaxt 10-25% yüksək qiymətlərlə çatdırırlar.

Musavat.com xəbər verir ki, bu barədə “Sobesednik” jurnalı məlumat yayıb.

Məlumata görə, 95 milyon rubl (960 min dollar) Xerson vilayətində Putinin yaxın dostu Vladislav Kosenkonun şirkətinə verilib. Onun “Priazovye İnvest” şirkəti “Express” pansionatını təmir edəcək. Kosenko bu firmanın Direktorlar Şurasının rəhbəridir. Vladislav Kosenko Vladimir Putinin cüdo üzrə sparrinq partnyorlarından biri olub və Sankt-Peterburqun kriminal “avtoriteti” Vladimir Barsukovun (Kumarin) dairəsinə yaxındır. O, həm də Tver vilayəti üzrə baş federal müfəttiş vəzifəsində çalışıb.

232 milyon rubl (2 milyon 376 min ABŞ dolları) Moskva vilayətinin Dubno şəhərinin rəhbərinin keçmiş müavini Roman Belenkonun şirkəti tərəfindən qəbul edilib. O, işğal olunan Zaporojyenin təhsil müəssisələrini qorumalıdır. Rusiyada qarşıdan gələn parlament seçkilərində hakim “Vahid Rusiya” partiyasından Zaporojye vilayətini “təmsil edəcək” Anton Tarantinovun şirkəti isə 125 milyon rubl (1 milyon 264 min dollar) qazanıb.

Putin işğal edilən bölgələrdə yerli kollaborasionistlərə də səxəvətlə pul ayırıb. Məsələn “AgroArsenal-3” adlı bir firma Zaporojyedəki məktəbləri ərzaqla təmin etməlidir. Onun sahiblərindən biri əvvəllər Ukrayna parlamentində mövcud olan, rusiyayönümlü “Həyat naminə müxalifət platforması” partiyasının keçmiş deputatı, hazırda Melitopoldakı işğalçı administrasiyanın rəhbərinin müavini Sergey Zolotaryovdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR