İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Təhlükəsizlik Xidməti: “Əks-kəşfiyyat sahəsində qadınlar ən yaxşı agentlərdir”

“Əks-kəşfiyyat sahəsində qadın agentlərin işi çox effektivdir”.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Vasili Malyuk bildirib.

“Qadınlara ayrıca təşəkkür etmək istərdim. Onlar ən yaxşı agentlərdir, əks-kəşfiyyat fəaliyyəti sahəsində yüksək səviyyədə zərgər dəqiqliyi ilə yerinə yetirilən casus sızmalarını həyata keçirən əsl amazonkalardır. Bir çox əməliyyatlar qadın agentlərin sayəsində uğurla gerçəkləşdirilib”, - deyə Malyuk qeyd edib.

O vurğulayıb ki, bəzi agentlər hətta plastik əməliyyatlar keçirib və özləri ilə bağlı məlumatları dəyişdiriblər.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR