İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna taxılını daşıyan yük gəmisi Rusiya gəmisi ilə toqquşub

Türkiyəyə məxsus Mərmərə adasının yaxınlığında, Mərmərə dənizində iki yük gəmisi toqquşub və bir-birinə ziyan vurub. Gəmilərdən birinin göyərtəsinin bir hissəsi dağılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, suda göyərtəsində buğda olan "HAJE HALIMEH" və taxıl olan "ASOMATOS" gəmisi toqquşub. Birinci gəmi Ukraynanın İzmail limanından Valensiyaya, ikinci isə Qafqazdan Rusiyaya və İsrailin Aşdoduna gedirmiş.

Toplu daşıyıcılar Komor və Panama bayraqları ilə üzürlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR