İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna tanklarının sayına görə Rusiyanı keçdi  


Ukraynaya hərbi yardımla bağlı yeni məlumatlar cəbhədəki ağır texnikanın balansının dəyişdiyini göstərir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun dərc etdiyi illik Hərbi Balans bülleteninin məlumatlarında belə bir informasiya əks olunub.

Verilən məlumatlara əsasən Rusiya müharibəyə 3417 tankla başlayıb. Münaqişə zamanı rusların 2082 tank məhv edilib, zədələnib, tərk edilib və ya ələ keçirilib.

Ukrayna isə artıq müttəfiqlərdən 471 yeni tank alıb və 286 da çatdırılması planlaşdırılır. Ukrayna qüvvələrinin itkiləri, “Oryx” mərkəzinin hesablamalarına görə, müharibə zamanı 550-dən çox tank təşkil etdi. Buna rəğmən Ukrayna onların yerini doldura bilib (o cümlədən ələ keçirilən rus tankları ilə birlikdə-red.).

Bununla belə, “Bloomberg” agentliyi həmin məlumatların qeyri-müəyyənliyinə diqqət çəkib. Çünki bu xəbərlər yalnız açıq mənbələrdən alınan məlumatlara əsaslanır. Hər iki tərəf itkiləri açıqlamır. Bundan əlavə, Rusiya tərəfi yeni istehsal etdiyi, eləcə də müharibə başlayandan bəri dəyişdirdiyi və ya anbarlardan çıxardığı tankların sayı barədə məlumat vermir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR