İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna şirkəti İrana hərbi məhsullar satırmış - Rusiya isə onlardan Ukraynaya qarşı istifadə edirmiş

Ukraynanın “Motor Sich” təyyarə zavodu İranın sanksiyaya məruz qalan şirkətləri ilə əməkdaşlıq edib və onlara ikili təyinatlı məhsullar satıb. Avadanlığın bir hissəsi Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Sxemi” saytı xüsusi araşdırma-məlumat yayıb.

Jurnalistlər “Motor Sich”in rəhbəri Vyaçeslav Boquslayevdən götürülən sənədlərin surətlərini araşdırıblar. Ukrayna onu Rusiya aviasiyası üçün qeyri-qanuni məhsulların tədarükündə şübhəli bilir.

Araşdırmaçıların fikrincə, şirkətin Zaporojyedə yerləşən müəssisəsi İrana “Aİ-9” və “TV3-117” təyyarə mühərrikləri satıb. Onlar kiçik nəqliyyat təyyarələrində və Rusiyanın Ukrayna ilə müharibədə istifadə etdiyi “Ka-52” kimi hərbi helikopterlərdə quraşdırılır.

“Motor Sich” həmçinin İranın təyyarə istehsal edən şirkəti ilə də əməkdaşlıq edib. Bu şirkət Rusiya ordusu tərəfindən Ukraynaya hücumlar zamanı istifadə edilən “Shahed” döyüş dronlarının tərtibatçısı və istehsalçısı kimi tanınır.

Boquslayevin saxlanılması oktyabrın 22-də məlum olub. İş üzrə “Motor Sich”in xarici iqtisadi fəaliyyət departamentinin rəhbəri Oleq Dzyuba da saxlanılıb. İş adamları “təcavüzkar ölkə ilə əməkdaşlıqda və ortaqlıqda” şübhəli bilinir.

İstintaqın təsbitinə görə, saxlanılan şəxslər Kremlə yaxın, Rusiya ordusunu silahla təchiz edən Rusiyanın “Rostex” korporasiyasının nümayəndələri ilə əlbir olublar.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Boquslayev hətta Rusiyanın Ukraynaya hücumundan sonra da Moskva ilə əməkdaşlıq edib.

Bundan öncə 84 yaşlı Boquslayevin 2000-ci ildən Rusiya vətəndaşlığına malik olduğu ortaya çıxıb. Lakin buna rəğmən həmin vaxtdan o, 4 dəfə Ukrynada xalq deputatı seçilib, Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olub. Bu, onun dövlət sirlərinə giriş əldə etməsinə şərait yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR