İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna şahmatçılarına ŞOK QADAĞA: Rus və belarus idmançıları ilə ...

Ukrayna Şahmat Federasiyası milli komanda üzvlərinə hansı bayraq altında çıxış etmələrindən asılı olmayaraq Rusiya və Belarus idmançıları ilə əl sıxmamağı və şəkil çəkdirməməyi tövsiyə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə təşkilatın “Facebook” səhifəsində məlumat yayılıb.

“Şahmat qaydalarında nəzərdə tutulmayan təcavüzkar ölkənin nümayəndələri ilə ünsiyyətdən çəkinin”,-deyə məlumatda bildirilir.

Bundan əlavə, federasiya ukraynalı şahmatçıları sosial şəbəkələrdə və müsahibələrində “dünya ictimaiyyətinə müharibənin davam etdiyini”, “bir çox rus və belarusun ya öz ölkələrinin hakimiyyətini dəstəklədiyini”, ya da “ukraynalıların qətllərini və soyqırımlarını səssizcə müşahidə etdiyini” xatırlatmağa çağırıb.

Ukrayna tərəfi həmçinin Beynəlxalq Şahmat Federasiyasına (FIDE) “Kremlin birbaşa qulluqçusu və Rusiyanın cinayətlərində şərik” hesab etdiyi Arkadi Dvorkoviçin rəhbərlik etməsi qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Arkadi Dvorkoviç üzdə Rusiyanın Ukrayna ilə müharibəsinin əleyhinə çıxış edən azsaylı rus məmurlarından biri sayılır. Ötən ilin martında Amerikanın “Mother Jones” jurnalına müsahibəsində Dvorkoviç müharibələrin insanın həyatda qarşılaşa biləcəyi ən pis şey olduğunu deyib.

Qeyd edək ki, FİDE daha əvvəl Rusiyanın Ukraynaya qarşı hərəkətlərini dəstəkləyən rusiyalı qrossmeyster Sergey Karyakini yarışdan kənarlaşdırıb. Moskva 2022-ci il Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək hüququnu itirib, Rusiya və Belarus komandalarına hətta neytral bayraq altında belə iştirak etmək qadağan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR