İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyaya qarşı ilk dəfə yeni dron tətbiq etdi: qiyməti və adı heyrət doğurur  

Musavat.com xəbər verir ki, Ukrayna Rusiyaya qarşı müharibədə yenidən texnoloji innovasiyalarla gündəmə gəlib. Bu dəfə söhbət adi dronlardan deyil, “ana dronlar” (dron-matka) adlandırılan pilotsuz dəniz platformalarından gedir.

"Forbes" nəşrinin yazdığına görə, Ukraynanın texnoloji startapı Strategy Force Solutions bildirib ki, onlar Rusiyaya qarşı ilk dəfə ana dronların iştirakı ilə zərbə dronları ilə birgə döyüş missiyası həyata keçiriblər.

Şirkətin texniki direktoru jurnalistlərə açıqlamasında deyib:

“Cəmi 10 min dollara başa gələn bir missiya, əvvəllər 3-5 milyon dollar dəyərində raket sistemləri tələb edən hədəfləri əvəz edir.”

Söhbət "GOGOL-M" adlı pilotsuz dəniz aparatdan gedir. Bu çoxfunksiyalı ana dron iki ədəd FPV zərbə dronunu 300 kilometrədək məsafəyə daşıya və orada onları buraxaraq düşmən hədəflərinə zərbə endirməyə imkan verir.

WhatsApp Image 2025-05-28 at 10.22.22.jpeg (13 KB)

Bu yanaşma aşağı qiymətə, yüksək dəqiqliklə hava hücumları həyata keçirməyə şərait yaradır və xüsusilə stasionar təyyarələr, hava hücumundan müdafiə sistemləri və kritik infrastruktur obyektləri kimi həssas və çətin müdafiə olunan hədəflərə qarşı effektivdir.

Hərbi texnologiyalar üzrə ekspertlər hesab edirlər ki, bu metod gələcəkdə müasir müharibələrin xəritəsini dəyişə bilər.

Musavat.com xatırladır ki, Ukrayna son aylarda pilotsuz texnologiyalar sahəsində həm hava, həm dəniz, həm də quru platformalarında sürətli irəliləyişlərlə Rusiyanın arxa cəbhəsinə böyük zərbələr endirməyə başlayıb. “Ana dronlar”ın istifadəsi isə bu strategiyanın yeni mərhələyə keçdiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR