İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın BMT-dən çıxarılması prosesinə başlayıb

Ukrayna bazar ertəsi BMT-ni Rusiya Federasiyasının BMT-də və onun Təhlükəsizlik Şurasının daimi üzvü kimi qalmasının legitimliyini nəzərdən keçirməyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici işlər nazirliyinin bəyanatında deyilir.

Sənədə əsasən, beynəlxalq hüquq nöqteyi-nəzərindən Rusiyanın istifadə etdiyi BMT-yə üzv dövlət statusu məsələsi 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra həll olunmamış qalır.

"Rusiya Federasiyası BMT Nizamnaməsi ilə müəyyən edilmiş prosedurlardan yan keçərək BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsünə oturub. Bu, RSFSR prezidenti Boris Yeltsinin BMT-nin baş katibinə ünvanladığı sadə məktub əsasında baş verib. BMT Nizamnaməsində, xüsusən də Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin siyahısı olan maddədə Rusiyanın adı belə çəkilmir”,-deyə bəyanatda vurğulanır.

Bəyanatda qeyd edildiyi kimi, “hər hansı bir ölkənin BMT-yə üzvlüyünə qəbulu Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən həyata keçirilir, lakin Rusiya üçün belə bir prosedur tətbiq olunmayıb. Onun Təhlükəsizlik Şurasına üzvlüyü məsələsi yalnız qalan dövlətlərin səssiz razılaşması əsasında mümkün olub”.

Ukraynaya görə BMT Nizamnaməsinə əsasən, təşkilatın işində yalnız sülhsevər dövlətlər iştirak edə bilər, Rusiya isə başqa bir dövlətə qarşı təcavüzkar müharibə aparır.

Bu səbəbdən bütün bunları göstərərək Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurası üzvlüyündən xaric olunmasını istəyir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR