İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna-Rusiya müharibəsi bir tennisçiyə baha başa gəldi

Peşəkar Tennis Assosiasiyası (ATP) kişilərin təkbətək yarışlarının yenilənmiş reytinqini dərc edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, tennis yarışmaarı içərisində ən prestijli turnir olaraq Uimbldonda Novak Cokoviçin qalib gəlməsinə rəğmən ümumi reytinqdə 7-ci yerə düşüb.

Bu, ATP-nin Rusiya və Belarus tennisçilərini turnirə buraxmaması səbəbindən Uimbldon turnirini reytinq xallarından məhrum etməsi ilə bağlıdır.

Qeyd edək ki, bundan əvvəl Ümumİngiltərə ÇəənlikTennis və Kroket Klubu (AELTC) və Çəmənlik Tennis Assosiasiyası (LTA) Rusiya və Belarus idmançılarının Ukraynada baş verən hadisələrə görə Böyük Britaniyada Uimbldon və digər turnirlərdə iştirakdan kənarlaşdırıldığını açıqlamışdı. Qərar Britaniya hökumətinin tövsiyələrindən sonra qəbul edilmişdi.

Hazırda ATP cədvəlində tennisçilərin reytinq cədvəlinə 7775 xalla rusiyalı Daniil Medvedev rəhbərlik edir. Onu almaniyalı rus əsilli idmançı Aleksandr Zverev (6850) və ispan Rafael Nadal (6165) təqib edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR