İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya bazasını ABŞ BOMBALARI İLƏ VURDU: 40 əsgər ÖLÜB - Ukrayna qadın həbsxanasına HÜCUM ETDİ

Ukrayna hərbçiləri Amerikanın GBU-39 bombaları ilə Kursk vilayətində yerləşən Rusiya bazasına hava zərbəsi endirib.

Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk verib. Onun sözlərinə görə, hərbi texnikanın ləğvi ilə yanaşı, azı 40 əsgər həlak olub. Rusiya tərəfi hələlik bu məlumatı şərh etməyib.

Kursk vilayətində ukraynalı əsgərlər qadın həbsxanasının binasına hücum ediblər. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Kursk vilayətində irəliləyiş zamanı Ukrayna ordusu qadın həbsxanasına çatıb, onun uğrunda indi qızğın döyüşlər gedir:

“Ukrayna sərhədindən 14 kilometr aralıda yerləşən Malaya Loknya kəndində Rusiya hərbçiləri 11 saylı qadın islah həbsxanasını qalaya çevirərək Ukrayna Silahlı Qüvvələrinə şiddətli müqavimət göstərirlər. Onlarla rus əsgəri həbsxananın ətrafında möhkəmlənib, barrikadalar qurub və mühafizə qüllələrindən atəş mövqeləri, binalardan isə Ukrayna hücumlarına qarşı müdafiə kimi istifadə edirlər.

Ukrayna hərbçiləri də öz növbəsində Almaniya istehsalı olan “Marder” piyada döyüş maşınlarından müdafiəçiləri atəşə tutur, həmçinin pilotsuz təyyarələrlə qadın həxsxanasının girişindəki gözətçi qülləsinə hücumlar edir”.

Bildirilib ki, müəssisənin müdafiəsinə hətta cəzaçəkmə müəssisəsinin mühafizəçiləri də cəlb olunub.

Cəzaçəkmə müəssisəsində 2011-ci ildən 10-20 il müddətinə azadlıqdan məhrum edilmiş qadınlar saxlanılır.

Rusiyalı hərbi blogerlər də bildiriblər ki, Malaya Loknya tamamlə ukraynalı hərbçilər tərəfindən mühasirəyə alınıb.

Hazırda həbsxanada nə qədər qadın dustağın saxlanıldığı barədə məlumat yoxdur.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Telman Qasımovla müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR