Onlayn ictimai-siyasi qəzet
Rusiya hərbçiləri ukraynalı müdafiəçilərin mövqelərinə hücum etməkdə davam edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Rusiya qüvvələri canlı qüvvə və texnikada ciddi itkilər verir. Günün əvvəlindən indiyədək 98 döyüş toqquşması baş verib”, - deyə bildirilib.
Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində Ukraynaya məxsus 79 ədəd PUA məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Krımda 59, Qara dəniz üzərində 11, Belqorodda 4, Kursk və Nijni Novqorodda 2, İvanovo vilayətinin ərazisi üzərində isə 1 ədəd PUA məhv edilib.
“Krokus”da törədilən terror aktında əli olan 45 nəfər müəyyən edilərək saxlanılıb”. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sözlərinə görə, Ukrayna hərbi kəşfiyyatı beynəlxalq terror təşkilatlarının üzvlərindən, o cümlədən miqrantlardan da fəal istifadə edir. Onlara 2024-cü ilin martında “Krokus” kimi səs-küylü hücumların hazırlanmasında hərtərəfli yardım göstərilir”, – deyə o bildirib.
Şoyqu həmçinin qeyd edib ki, beynəlxalq terror təşkilatlarının fəaliyyəti ilə bağlı risklər Rusiya ərazisində, xüsusilə Şimali Qafqazda davam edir.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ