Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayəti üzərində 11 PUA vurub.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, daha 23 PUA Bryansk, altısı Belqorod, üçü Kaluqa, ikisi isə Kursk vilayəti üzərində məhv edilib.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, PUA hücumları nəticəsində xəsarət alan olmayıb.
Moskva meri Sergey Sobyanin isə paytaxta hücum cəhdinin “bütün zamanların ən böyüklərindən biri” olduğunu bildirib.
İlkin məlumata görə, dağıntı və tələfat olmayıb.
Musavat.com hücum anının görüntülərini təqdim edir:
@@TVmusavat/93538@@
İqbal,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ