İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna prezidenti postunu kim tutacaq? - Lukaşenkonun proqnozu

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukraynada prezident seçkiləri keçirilsə, o zaman hazırkı dövlət başçısı Vladimir Zelenski yox, hərbçilərdən kimsə qalib gələcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində danışıb.

Ukraynada prezident seçkilərində kimin qalib gələ biləcəyinə misal olaraq o, Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanovu göstərib.

Lukaşenko vurğulayıb ki, hərbçilərdən biri prezident olacaq. O, iddia edir ki, “bir çox insanlar hələ indi-indi Zelenskini real qiymətləndirməyə başlayır”.

Bundan əvvəl Lukaşenko daha bir "uzaqgörən və müdhiş proqnoz" verərək deyib ki, 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində  Vladimir Putinin seçiləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR