İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Polşadan ən yeni “PT-91 Twardy” tanklarını alıb

Polşa Milli Müdafiə Nazirliyinin Silah Agentliyinin sözçüsü Kşiştof Platek Ukraynaya “PT-91 Twardy” ağır tanklarının verildiyini açıqlayıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, o, bu barədə yerli “Wolski o Wojnie” kanalında politoloq, hərbi və müdafiə məsələləri üzrə analitik Yaroslav Volskiyə müsahibəsində danışıb.

K.Platek Polşanın Cənubi Koreyadan gətiriləcək tanklarla Ukraynanın ehtiyaclarını həll etmək istədiklərini bildirib.

“ PT-91”lər yüksək keyfiyyət səviyyəsinə görə 200 ədəd “T-72”, tankını belə əvə edə bilər”,-deyə Polşa rəsmisi qeyd edib.

Ukrayna Prezident aparatının rəhbəri Andriy Yermak da öz Telegram kanalında Polşadan verilən “PT-91 Twardy” tanklarının artıq ölkəyə gətirildiyini xəbər edib. A. Yermak ağır döyüş maşınlarını sayı barədə heç bir məlumat verməyib.

Qeyd edək ki, “PT-91 Twardy” əslində “T-72” tanklarının Polşada istehsal olunan daha modern variantı sayılır.

Bu versiyanın maşınları daha güclü mühərrikə, təkmilləşdirilmiş atəşə nəzarət sisteminə və dinamik zirehlərə malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR