İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna parlamenti Umerovun müdafiə naziri təyin olunmasının lehinə səs verəcək

Gələn həftə Ukrayna Ali Radası ölkənin hazırkı müdafiə naziri Oleksiy Reznikovun istefasının və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun təyin olunmasının lehinə səs verəcək.

“Report” xəbər verir ki, bu barədə hakim “Xalqın xidmətçisi” fraksiyasının başçısı David Araxamiya teleqramda bildirib.

“Bu həftə daha kadr məsələsi qaldırılmayacaq”, - o vurğulayıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovu işdən çıxarmaq qərarına gəldiyini və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçməli olduğunu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR