İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Rusiyanın “Sudja” qazölçmə stansiyasını belə vurdu – obyekt tamamilə məhv edildi - ANBAAN VİDEO

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində yerləşən “Sudja” qazölçmə stansiyasına endirdiyi zərbənin görüntülərini yayıb. Nazirliyin açıqlamasına görə, enerji infrastrukturu obyektinə ciddi ziyan dəyib və stansiya faktiki olaraq məhv edilib.

Qeyd olunur ki, bu hücum Rusiya ilə ABŞ arasında razılaşdırılmış enerji obyektlərinin qorunması ilə bağlı öhdəliklərə baxmayaraq baş verib. Rusiya tərəfi Ukraynanı enerji infrastrukturuna qarşı davam edən hücumlarda ittiham edib.

Hadisə Rusiyanın enerji təhlükəsizliyinə növbəti zərbə kimi qiymətləndirilir.

Rusiya tərəfi zərərin miqyasını araşdırır və hadisəyə cavab tədbirləri nəzərdən keçirilir.

Musavat.com

Error loading media: File could not be played
00:00
00:00
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR