İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Rusiyanın bu vilayətinə HÜCUM ETDİ: Şiddətli DÖYÜŞLƏR GEDİR – CANLIda

Ukrayna Silahlı Qüvvələrinin bölmələri (AFU) Belqorod vilayətinin sərhədləri yaxınlığında hücuma keçib.

Bu barədə “Z əməliyyatı: Rus baharının müharibə müxbirləri” (“RV”) Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Ukrayna piyadaları hücuma keçib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin zirehli dəstələri sərhəd zonasında ilişib qalıb, şiddətli döyüşlər gedir.

Kanal izah edir ki, Ukrayna ordusunun fəallığı Krasnoyarsk vilayətinin sərhədi yaxınlığında artıb. Xəbərdə deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Sumı vilayətinə hücum etmək niyyətində olan qüvvələr yerləşdirib.

RV xəbər verir ki, hücum Moskva vaxtı ilə saat 8:00 (Bakı vaxtı ilə 09:00) radələrində başlayıb. Hücumun dəf edilməsi zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus bir tank və daha iki zirehli texnika məhv edilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız politoloq Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR