İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Rusiya sualtı qayığını vurdu:“Tarixi hadisə, fantastik nəticədir”

“Ukraynanın Rusiya sualtı qayığını vurması tarixə düşüb. Bu, müharibələr tarixində sualtı qayığın qanadlı raketlərlə ilk məğlubiyyətidir”.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Defense Express” yazır.

Nəşrin yazdığına görə, Ukrayna ordusunun sentyabrın 13-də Sevastopola hücumu nəticəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin iki gəmisini yararsız hala salması və ya tamamilə məhv edilməsi, şişirtmədən, fantastik nəticə hesab edilməlidir.

“Sualtı qayığın məğlubiyyəti artıq tarixə düşmüş unikal vəziyyətdir”, - "Defence Express" qeyd edib.

Sualtı qayıq vurmaq çox çətin bir hədəf hesab olunur, onu vurmaq üçün kompleks vasitələr və silahlar tələb olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR