İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu “əjdaha dişləri”nə çatdı - Rusiya ŞOKDA

Ukrayna Silahlı Qüvvələri cəbhədə uğur qazanmağa davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukrayna ordusunun birlikləri tank əleyhinə xəndəklərə və “əjdaha dişləri” xəttinə çatıb. Bu o deməkdir ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində Rusiya müdafiəsinin əsas xəttinə gəlib çatıb.

İyulun 27-də rusiyayönlü hərbi teleqram kanal “Bars 11”də Ukrayna Silahlı Qüvvələrinin zirehli maşınlarından birinin “əjdaha dişləri” xəttinin qarşısında qazılmış tank əleyhinə xəndəyə necə düşdüyünü əks etdirən video yayılıb. OSINT analitiklərinin məlumatına görə, bu, Verbove kəndi yaxınlığında (Zaporojye vilayətində, Rabotinodan şərqdə, Orexov şəhəri yaxınlığında yerləşir) baş verib. OSINT analitiklərindən biri Ukrayna texnikasının Rusiyanın əsas müdafiə xəttinə çatdığı fikrini irəli sürüb. İstehkamlarla xəritələri incələyən “GeoConfirmed” saytı ana müdafiə xəttinin 3 əsas müdafiə xəttinə yaxın olduğunu bildirib. Saytın xəbərinə görə, xəndəyin yaxınlığındakı meşədə ukraynalı əsgərlər görünür.

Cümə axşamı Ukrayna Silahlı Qüvvələri başqa istiqamətdə də uğur qazana bilib. “DeepState” təşkilatının verdiyi məlumata əsasən, Ukrayna hərbçiləri Donetsk vilayətinin cənub-şərqində (Velyka Novoselka yaxınlığında) Staromayorskoye kəndini azad ediblər. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar, həmçinin rusiyayönlü hərbi kanallar da təsdiqləyib. Staromayorskoye Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücumunun əvvəlindən öz nəzarəti altına ala bildiyi onuncu qəsəbədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR