 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Cənubi Koreyada “Kalmar oyunu” (“Squid Game”) serialının baş rol aktyoru Li Çon Cə (Lee Jung-jae) adından çıxış edən dələduz bir qadını aldadaraq ondan 351 min dollar pul alıb.
Musavat.com xəbər verir ki, qadın altı ay ərzində özünü aktyor kimi təqdim edən şəxslə yazışıb. Dələduz süni intellektlə yaradılmış selfilərdən istifadə edərək qadınla guya şəxsi münasibət qurmuş kimi davranıb, çəkilişlərdən danışıb və mehriban mesajlar göndərib.
Zaman keçdikcə “aktyor” müxtəlif bəhanələrlə qadından pul istəməyə başlayıb — gah xaricdə hava limanında ilişib qaldığını, gah da görüş üçün 7,5 min dollarlıq “VIP keçid” lazım olduğunu deyib. Qadın bu bəhanələrə inanaraq ümumilikdə 351 min dollar köçürüb, lakin gözlənilən görüş heç vaxt baş tutmayıb.
Polis bildirib ki, cinayətkarın xaricdə fəaliyyət göstərməsi səbəbindən onu tapmaq çətin olacaq. Li Çon Cənin agentliyi isə hadisədən sonra bəyanat yayaraq pərəstişkarları xəbərdar edib:
“Heç vaxt tanımadığınız adamlara, istər məşhur kimi görünsün, istər dostcasına yazsın, pul göndərməyin”.
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ