İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqo üçün 1,5 milyard avro toplanıb – Makron

Konqo Demokratik Respublikası (KDR) və Ruanda arasındakı münaqişənin həllinin təşviqinə həsr olunmuş konfransın iştirakçıları KDR-dəki mülki şəxsləri dəstəkləmək üçün 1,5 milyard avro ayırmaq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bunu konfransın bağlanış mərasimində çıxış edən Fransa Prezidenti Emmanuel Makron deyib: "Siz əhalinin ən həssas təbəqələri üçün birlikdə 1,5 milyard avrodan çox yardım toplamısınız".

O, həmçinin qeyd edib ki, BMT-nin Konqo Demokratik Respublikası üçün 2,5 milyard dollarlıq mövcud humanitar yardım planı hazırda yalnız 16 faiz maliyyələşdirilib və maliyyələşdirmənin "vəziyyətin təcililiyinə uyğunlaşdırılmasına" çağırıb.

Makron həmçinin Qoma Hava Limanının yenidən açılacağını elan edib. O bildirib ki, hava limanı yaxın həftələrdə humanitar reysləri qəbul etməyə başlayacaq.

Qeyd edək ki, konfrans Fransa və Toqo tərəfindən birgə təşkil edilib. Onun sülhün qorunmasına və Böyük Göllər bölgəsi xalqına humanitar dəstək göstərilməsinə yönəldiyi bildirilir. Fransa prezidentindən əlavə, görüşdə Konqo Demokratik Respublikası prezidenti Feliks Tşisekedi və Konqo Demokratik Respublikası ilə Ruanda arasındakı münaqişənin həllində Afrika İttifaqı adından vasitəçilik edən Toqo Nazirlər Şurasının sədri For Qnassinqbe, eləcə də regional qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR