İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatından Belarus ordusuna çağırış

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Belarus hərbçilərini Rusiya Federasiyasının təcavüzündə iştirak etməməyə çağırıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Baş Kəşfiyyat İdarəsi həmçinin onlarda bütün Belarus hərbçiləri haqqında tam məlumat olduğunu da qeyd edib.

"Ukrayna heç vaxt belarus xalqına düşmən olmayıb və olmayacaq. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bir daha vurğulayır ki, Kiyev Belarusa qarşı heç vaxt təhlükə törətməyib, aqressiv hərəkətlər planlaşdırmayıb və bundan sonra da planlaşdırmayacaq. Eyni zamanda, Ukraynanın hərbi kəşfiyyatı Belarus silahlı qüvvələrinin hərbçilərinə müraciət edir və onları Rusiyanın ölkəmizə qarşı cinayətkar təcavüzündə iştirakdan imtina etməyə çağırır”, - Kəşfiyyatın bəyanatında deyilir.

Kəşfiyyatın yaydığı məlumatda o da qeyd edilir ki, "işğalçıların dinc əhaliyə, o cümlədən uşaqlara və qadınlara qarşı cinayətlərinin hərbi şücaət, zabit şərəfi və vətəniniz - Belarus qarşısındakı borcunuzla heç bir əlaqəsi yoxdur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR