Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (GUR) rəhbəri general-leytenant Kiril Budanov müharibə başlayandan bəri qurumu hibrid gücə çevirərək Qərbin gözləntilərini alt-üst edib.
Musavat.com “Gordon” kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Newsmax saytı yazıb.
Məqalədə qeyd olunur ki, 24 fevral 2022-də işğalın ilk saatlarında GUR bölmələri rus desantının Qostomel aeroportunu ələ keçirməsinin qarşısını aldı – əks halda Kiyev bir həftəyə mühasirəyə düşə bilərdi. Daha sonra Budanov “Kraken”, “Şaman” və “Artan” dəstələrini yaratdı, partizan şəbəkələri qurdu və minlərlə xarici könüllünü cəlb edən Beynəlxalq Legionu koordinasiya etdi.
GUR Qara dənizdə Rusiyanı geri çəkilməyə məcbur etdi, İlan adasını azad etdi, taxıl ixrac marşrutlarını bərpa etdi. Ukrayna istehsalı olan dəniz dronu Magura rus gəmilərini batıraraq tarixdə ilkə imza atdı. 2024-cü ildə təkmilləşdirilmiş versiyalar Su-30 qırıcılarını vurdu, Rusiya donanmasına ciddi itkilər verdi.
Kəşfiyyat həmçinin müharibəni Rusiyanın dərinliklərinə daşıdı: hərbi bazalara, silah zavodlarına və komanda mərkəzlərinə 2000 km-ə qədər zərbələr endirdi, A-50 radar təyyarəsi, Tu-22M3 bombardmançısı və Su-57 qırıcısı məhv edildi.
Budanovun özü də bir sıra əməliyyatlara şəxsən rəhbərlik edib. Onun fəaliyyəti sayəsində HUR həm cəbhədə, həm də arxa cəbhədə Rusiyanın imkanlarını zəiflədib. Newsmax yazır ki, bu liderlik Budanova Ukraynada misilsiz etimad qazandırıb və o, ölkənin ən nüfuzlu şəxslərindən birinə çevrilib.
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ