İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatı FSB-nin qadın və kişi killerini öldürdü, polkovnikin qisası alındı - VİDEO

SBU-nun xüsusi əməliyyatı: polkovnik Voroniçi qətlə yetirən FSB əməkdaşları məhv edildi!

Musavat.com xəbər verir ki, Kiyevdə sensasion qətlin üstü açılıb.

Xatırladaq ki, iyulun 10-da Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki, xüsusi əməliyyatlarda iştirak etmiş Ivan Voroniç paytaxt Kiyevdə qətlə yetirilmişdi.

Bu gün SBU rəsmiləri bəyan ediblər ki, Voroniçin qətli FSB-nin (Rusiya Federal Təhlükəsizlik Xidməti) əvvəlcədən Ukraynaya göndərdiyi agentur-bioqruppanın işi olub. Rəsmi məlumata görə, FSB-nin kişi və qadından ibarət killer cütlüyü Voroniçi izləyərək, üç gün əvvəl onu amansızcasına qətlə yetirib.

OLDUR.jpeg (85 KB)

Amma SBU qisası gecikdirməyib. Ukrayna xüsusi təyinatlıları qətldə şübhəli bilinən FSB killerlərini saxlayarkən onlar silahlı müqavimət göstəriblər. Nəticədə atışma baş verib və hər iki rusiyalı diversant məhv edilib.

The New York Times və The Economist-in məlumatına görə, polkovnik Voroniç SBU-nun ən gizli əməliyyatlarında — “Alfa” elit dəstəsinin tərkibində iştirak edib. O, hələ 2016-cı ildə Donetsk separatçılarının lideri, “Motorola” ləqəbli Arsen Pavlovun öldürülməsi əməliyyatında, habelə Rusiya ərazisi — Kursk vilayətində həyata keçirilən hücumlarda mühüm rol oynayıb. Eyni zamanda onun rəhbərlik etdiyi qrup separatçıların digər liderləri Aleksandr Zaxarçenko və Mixail Tolstıx (Givi) kimi şəxslərin zərərsizləşdirilməsi ilə də əlaqələndirilir.

Beləliklə, Ukrayna kəşfiyyatı yalnız polkovnikinin qisasını almadı, həm də ölkəyə sızmağa çalışan FSB terror şəbəkəsinə ağır zərbə vurdu.

@@TVmusavat/121379@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR