İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hərbçilərinin ilk qrupu təlim keçmək üçün Britaniyaya gəlib

Ukrayna Silahlı Qüvvələrinin hərbçilərindən ibarət ilk qrup təlim keçmək üçün Böyük Britaniyaya gəlib.

AZƏRTAC “The Independent” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Nazirin sözlərinə görə, bu, 10 min ukraynalı hərbçinin təlimi proqramı çərçivəsində baş tutub. Ukrayna ordusunun əsgərləri bir neçə həftə ərzində “Britaniya hərbçilərinin baza hazırlığı” kurslarından keçməlidir.

İyun ayının ortalarında Böyük Britaniya hökumətinin başçısı Boris Conson Kiyevə səfəri zamanı Ukrayna hərbçilərinin Avropa ölkələrində təlim keçməsi ilə bağlı bu ölkəyə yardım təklif edib. Birləşmiş Krallıq hər dörd aydan bir 10 minə qədər ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR