Onlayn ictimai-siyasi qəzet
Ötən gecə də Ukrayna dronları Rusiya paytaxtına zərbələr endirməyə çalışıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, dronlardan biri Moskvaya bitişit Odintsovo qəsəbəsinə düşüb.
Daha bir dron isə şəhərin əsas hissəsinə qədər gedə bilib. Moskva meri Sergey Sobyanin Telegram kanalında şəhərin Vernadski prospektində vurulan Ukrayna pilotsuz təyyarəsinin dağıntılarının düşməsi nəticəsində bir binaya zərər dəydiyini, ilkin məlumata görə, xəsarət alan olmadığını bildirib: "Düşmən pilotsuz təyyarəsinin hücumunun dəf edilməsi nəticəsində ilkin məlumata görə, Vernadski prospektindəki binada ciddi dağıntı və tələfat olmayıb".
Bələdiyyə sədri əlavə edib ki, dağıntıların olduğu yerdə müvafiq xidmətlərin mütəxəssisləri işləyir.
Telegram kanalları isə ərazinin hərbçilər tərəfindən tam mühasirəyə alınığını, heç kimin yaxına buraxılmadığını bildirirlər.
Bundan əvvəl Sobyanin paytaxta uçan üç PUA-nın məhv edilməsi barədə məlumat vermişdi. Dron təhlükəsinə görə Vnukovo aeroportu bağlanıb.
Ötən gecə həmçinin Sankt-Peterburqun Kalininski rayonunda gecə saatlarında Kondratyevski prospektində yerləşən “Avanqard” zavodunda güclü yanğın baş verib.Yanğın zavodun mikrosxemlər yığılan binasında baş verib. Rusiya tərəfi hadisənin dron zərbəsi nəticəsində baş vermədiyini iddia edir.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ