İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna cəbhəsində vəziyyət qarışır - Tərəflər hücumlar üçün yenidən qruplaşırlar

Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sağ sahilində Xerson yaxınlığında, plasdarm qurduqdan sonra sonra cəbhənin cənub sektorunda vəziyyət sabitləşib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukrayna Silahlı qüvvələri (USQ) uzunmənzilli artilleriya və tank əleyhinə silahlarla çayın sol sahilində qərarlaşan Rusiya ordusunun bölmələrini atəşə tutmaqda davam edirlər.

Bununla bərabər USQ bölmələri çayı keçməyə çalışmır. Ukrayna ordusunun çayı uğurla keçməsi və rus qoşunlarının Xerson vilayətinin dərinliklərinə geri çəkilmələri barədə çoxsaylı şayiələr də təsdiqini tapmayıb.

RF Silahlı Qüvvələri Dnepr sahillərində istehkamlar tikməyə davam edir və HIMARS reaktiv raket qurğularından qurtulmaq məqsədilə ən vacib avadanlıqların yerləşdiyi anbarları geridə qurur. İndi hər şey sol sahildəki plasdarmı tərk edən Rusiya qüvvələrinin (təxminən 30 min nəfər) və onlardan iki dəfə çox olan Ukrayna Silahlı qüvvələrinin bölmələrinin hara “çıxacağından” asılıdır. Buna görə də, çox güman ki, Zaporojyedən Donetsk vilayətinə qədər olan cəbhə xətti Ukraynanın cənubu uğrunda yeni döyüş meydanına çevriləcək.

Gələn xəbərlərə əsasən, Xersondan çıxarılan rus qoşunları hücumların davam etdiyi Donetsk (Uqledar, Marinka, Pervomayski və Avdeyevka rayonları) istiqamətinə köçürülə bilər.

Toğrul ismayıl,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR