Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 13-də saat 09:30 radələrində güllə yarası ilə meyiti aşkarlanan Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aqasi Serojeviç Dallakyanla bağlı bəzi məlumatlar açıqlanıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Aqasi Dallakyan Mehridəki hərbi hissədə xidmət edib və əslən Şirak rayonunun Basen kəndindən olub.
Dallakyan 9 ay əvvəl orduya çağırılıb. Kəndin başçısı Hayk Mnatsyan 24news.am-a bildirib ki, Aqasi ailənin böyük uşağı olub, kiçik qardaşı məktəbə gedir.
Öz növbəsində, Axuryan icmasının rəhbəri Zaven Manukyan news.am-a bildirib ki, intihar versiyası ilkin olaraq yayılıb.
Qeyd edək ki, ötən həftə də bir erməni hərbçi intihar edib və artıq faktla bağlı həbslər var.
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ