İnsanlara hürriyət, millətlərə istiqlal!

Holand "Mançester Siti"dən ayrılır - Bu iki klubdan birinə keçəcək

"Mançester Siti"nin hücumçusu Erlinq Holand iş yerini dəyişmək qərarına gəlib.

İnformasiyanı "El Nacional" yayıb.

Mənbə Holandın cari mövsümün sonunda "şəhərlilər"lə vidalaşmaq niyyətində olduğunu vurğulayıb. Xəbərə görə, norveçli ulduza PSJ yüksək maaş ödəməyə hazır olsa da, o, İspaniya nəhənglərindən birində oynamaq istəyir. Holandın ya "Real Madrid"ə, ya da "Barselona"ya keçəcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı Erlinq 2022-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinir. Skandinaviyalı forvardın klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Holandın transfer qiymətini 200 milyon avro ilə dəyərləndirir. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR