Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində irəliləyiş əldə edib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna ordusu cənub hissəsindəki Daryino bölgəsində uğurlar qazanıb.
Məğlubiyyətini gizlətmək məqsədilə Rusiya mənbələri Novoivanovka və Malaya Lokna bölgələrindəki hücumlarla bağlı yalan məlumatlar yayır, lakin buna dair heç bir sübut yoxdur.
Məlumatda bildirilir ki, rus qoşunları maddi-texniki təminatın zəif olması səbəbindən təchizat, texnikanın daşınması və qüvvələrin toplanması ilə bağlı ciddi problemlərlə üzləşir.
Xerson Regional Dövlət Administrasiyasının rəhbəri Oleksandr Prokudin FT-yə verdiyi müsahibədə bildirib ki, ruslar Xersona böyük hücum hazırlığı görür və Dnepr çayı üzərində keçid üçün 300 qayıq cəmləyiblər.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ