Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusu Xerson vilayətinin Alyoşki şəhərindəki bazara PUA zərbələri endirib. Xerson vilayətinin qubernatoru Vladimir Saldo məlumat yayıb.
“Səhər saatlarında Alyoşkidəki mərkəzi bazara Ukrayna ordusu tərəfindən dron zərbəsi endirilib. Hücum zamanı bazarda çoxlu adam olub”, - Saldo bildirib. Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gündə Ukraynanın 137 pilotsuz uçuş aparatını vurub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın 162 rayonunda hərbi aerodrom infrastruktur obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinin pilotsuz katerlərinin cəmləşdiyi yerlərə zərbə endirib.
“Vaxt gələcək, Moskvanın mərkəzindəki Qırmızı meydanı vuracağıq”. Ukraynalı deputat Yuri Pavlenko deyib. O, Moskvada çox sayda qanuni hərbi hədəflərin olduğunu bildirib:
“Biz zamanı gəldiyində Qırmızı meydanın vuracağıq, bu, istər mayın 9-da, istərsə də başqa vaxt ola bilər. Rusiyanın paytaxtında bir sıra qanuni hərbi hədəflər var ki, onlar Ukrayna torpaqlarına böyük bəla gətiriblər. Ölən hər uşaq, mülki şəxs və əsgər üçün qisas alınacaq”.
Qeyd edək ki, mayın 9-da Qırmızı meydanda Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunan hərbi parad, bir sıra başqa tədbirlər və atəşfəşanlıq keçiriləcək. 10-dan çox liderinin həmin gün Qırmızı meydanda paradı canlı izləməsi gözlənilir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu deputat Arzuxan Əlizadə ilə gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ